Rusiyanın Omsk vilayətində öz uşağını qaçırmaqda şübhəli bilinən qadın saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional istintaq idarəsi məlumat yayıb.
Qeyd olunur ki, qadının bəzi qeyri-normal hərəkətlərinə görə, məhkəmə onun 10 yaşlı oğlunun qəyyumluğunu nənəsinə verib. Hadisə noyabrın 2-də ananın öz övladını nənəsinin mənzilindən aparan zaman baş verib.
Həbs Omskdakı oteldə baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları qadın və uşağın yerini tez tapıblar. Şübhəli istintaq hərəkətləri üçün nəzarətə götürülüb.
Müstəntiqlərin sözlərinə görə, oğlanın vəziyyəti yaxşıdır. Onun sağlamlığı və həyatı təhlükədə olmayıb.