AZ

Kişi “blatnoy tort” şəklinə görə 10 sutka HƏBS EDİLDİ

Rusiyalı kişi “blatnoy tort” paylaşdığına görə 10 sutka həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Novosibirsk vilayətinin Toquçin şəhər sakini, 28 yaşlı Roman “oğru ulduzları” və “AUE” yazısı olan tortun şəklini sosial şəbəkədə paylaşdığına görə cəzalandırılıb.

Məhkəmə onu ekstremist simvolların nümayişinə görə günahkar bilib.

Qeyd olunur ki, o, daha əvvəl də inzibati məsuliyyətə cəlb edilib, lakin azyaşlı uşaqları var.

Nəticədə Roman 10 sutka müddətinə həbs olunub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
17
1
interpress.az

2Mənbələr