AZ

Papa ABŞ və Venesuelanı dialoqa çağırır

Vatikanın prezidenti və katoliklərin ruhani lideri Papa XIV Leo ABŞ və Venesuela arasındakı problemi həll etmək üçün dialoqa çağırıb.

Turkustan.az xəbər verir ki, Vatikanın prezidenti və katoliklərin ruhani lideri Papa XIV Leo ABŞ və Venesuela arasında artan gərginlik şəraitində zorakılıqla heç nəyə nail ola bilməyəcəyini və problemlərin dialoq yolu ilə həll edilməli olduğunu bildirib.

Papa Roma yaxınlığındakı Castel Gandolfodakı yay iqamətgahından çıxarkən jurnalistlərin suallarını cavablandırıb.

Papa XIV Leo ABŞ və Venesuela arasında son həftələrdə artan gərginlik haqqında nə düşündüyünü soruşduqda, "Biz zorakılıqla qalib gələ bilmərik. Problemlərin həlli üçün dialoq və düzgün yol axtarmalıyıq" deyib.

Yaxın Şərqdə atəşkəslə bağlı Papa, "Allaha şükürlər olsun ki, sülh sazişinin birinci mərhələsi hələ də davam edir, lakin çox kövrəkdir. İkinci mərhələyə necə keçmək, idarəçilik məsələsini necə həll etmək, bütün xalqların hüquqlarını necə təmin etmək barədə düşünmək lazımdır" deyib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
37
turkustan.az

1Mənbələr