AZ

Livanda İsrailin hücumu nəticəsində bir "Hizbullah" döyüşçüsü öldürülüb

Livanda

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat şiə "Hizbullah" hərəkatının silahlı qanadının üzvünün idarə etdiyi avtomobilə zərbə endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Lebanon 24” xəbər portalı məlumat yayıb.

Məlumata görə, avtomobil birbaşa raket zərbəsindən sonra yanıb və şiə döyüşçü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə Tir şəhərinin kənarındakı Burj Rahhal kəndi yaxınlığında cənub magistralında baş verib.

Noyabrın 4-də Livanın cənubuna endirilən hava zərbələri zamanı İsrailin pilotsuz təyyarələri Ayt əş-Şəb və Kfar Dəccal kəndlərində dağıdılmış əraziləri bərpa edən "Hizbullah"a bağlı iki mütəxəssisi öldürüb.

Respublikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, atəşkəs razılaşmasına baxmayaraq, İsrail ilin əvvəlindən bu yana Livan ərazisinə 4500-dən çox hücum edib. Hücumlar və mərmilər nəticəsində 267 nəfər həlak olub, 685 nəfər yaralanıb.

Məryəm Quliyeva

Seçilən
30
1
xalqcebhesi.az

2Mənbələr