AZ

Bakı metrosu gecə 1-ə qədər açıq olacaq - “Qarabağ”a görə

“Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişiklik edilir.

Sportinfo.az xəbər verir ki, bu, “Qarabağ”ın Çempionlar Liqası turniri çərçivəsində “Çelsi” ilə oyunu ilə əlaqədardır.

Bildirilib ki, noyabrın 5-dən 6-na keçən gecə metronun bütün stansiyaları saat 01:00-a qədər girişə açıq olacaq.

“Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək, əlavə işçi qüvvəsi və növbətçilik cədvəli tətbiq olunacaq.

Ehtiyat qatarlar zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.

Seçilən
35
sportinfo.az

1Mənbələr