AZ

“Apple” ucuz kompüter buraxacaq

Bakı. Trend:

“Apple” korporasiyası “iPhone” prosessoru ilə təchiz olunacaqucuz MacBook təqdim edəcək.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məşhur insayder və Bloomberg jurnalisti Mark Qurman AmerikanınIT nəhənginin nisbətə aşağı qiymətə satılacaq noutbuk üzərindəişləyir.

Onun sözlərinə görə, “iPhone”dakı prosessorun sadələşdirilmişversiyasını alacaq bu model 2026-cı ilin birinci yarısında təqdimediləcək.

Qurman bildirib ki, şirkət artıq cihazın sınaqlarına başlayıb vəo, hesabatlarda “J700” adı ilə qeyd olunur.

Qeyd olunur ki, yeni, ucuz model əsasən yığcam noutbuk vəplanşet istifadəçiləri üçün nəzərdə tutulacaq. Mütəxəssisinsözlərinə görə, bu modelin qiyməti “MacBook Air”dən (1000 dollar /1700 AZN) xeyli ucuz olacaq. Qurman əlavə edib ki, “Apple” yeninoutbukun qiymətini klaviaturalı “iPad” (Magic Keyboard-lu)dəstinin dəyərinə - təxminən 600 dollar səviyyəsinə uyğunlaşdırmağıplanlaşdırır.

Məqalədə:
Seçilən
31
az.trend.az

1Mənbələr