AZ

Cənubi Qafqazda baş verənlər məsləhətləşmə tələb edir - Şoyqu Qriqoryana deyib

Qafqazda və Cənubi Qafqazda baş verən hadisələr təhlükəsizlik şuralarının daimi diqqətini və məsləhətləşmələrini tələb edir.

Publika.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskvada erməni həmkarı Armen Qriqoryanla görüşündə deyib.

"Son hadisələrlə, regionda baş verən müxtəlif hadisələrlə bağlı hər şey bizim daimi diqqətimizi, məsləhətləşmələrimizi və fikir mübadiləmizi tələb edir", - Şoyqu bildirib.

Onun sözlərinə görə, regional, geosiyasi vəziyyət mürəkkəbdir və daimi “saatların sinxronlaşdırılmasını” tələb edir.

Seçilən
15
publika.az

1Mənbələr