AZ

Türkiyədə sərvət mədənləri kəşf edildi

Hurriyyet.az xəbər verir ki, Türkiyədə qızıl yatağı aşkar edilib.

Türkiyənin şərqindəki Sivas əyalətində potensial dəyəri 424 000 unsiya (təxminən 12 ton) və ya cari məzənnə ilə 1,7 milyard dollar olan qızıl yatağı aşkar edilib.

Bu barədə məlumatı "Ermaden" mədən şirkəti  İctimai Açıqlama Platformasının veb saytında yerləşdirilib.

Şirkət Sivas əyalətinin Kangal rayonunda 5800 hektardan çox ərazinin işlənməsi üçün lisenziyaya malikdir. Nümunələrin alınması üçün 360 yerdə qazma işləri aparılıb. Nümunələrin təhlili göstərir ki, yataqda potensial olaraq, hər tonunda 0,89 qram metal tərkibi olan 14 milyon tona qədər filiz var. İlkin hesablamalar həmin mədəndə 424 000 unsiya (təxminən 12 ton) qızılın olduğunu göstərir.

Hürr Tərcüman

Seçilən
39
1
hurriyyet.az

2Mənbələr