AZ

Qida eksperti: “Dabaq deyil, bu – yaşıl epidemiyadır”

 “Dabaq deyil, bu – yaşıl epidemiyadır”.

Qida eksperti Ağa Salamov News365.az-a açıqlamasında son günlər ət məhsulları ilə bağlı yayılan narahatlıqlara münasibət bildirib.

O deyib ki, insanları ət yeməkdən çəkinməyə çağırmaq yanlış yanaşmadır:
“İnsan ət yeməsə, ciddi sağlamlıq problemləri yarana bilər. Hamilə qadınlar, uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlar üçün ət əsas zülal mənbəyidir. Ona görə də bu qrup insanlar ət qəbul etməlidirlər”.

Ekspert əlavə edib ki, yayılan “dabaq xəstəliyi” ilə bağlı iddialar da düzgün deyil:
“Bu, dabaq deyil, yaşıl epidemiyasıdır. Virus 75 dərəcədə məhv olur. Bu temperaturda bütün patogenlər ölür, heç bir bakteriya yaşaya bilmir. Biz çiy ət yeyən xalq deyilik. Əti bişmiş halda yeyirik və bu halda heç bir təhlükə yoxdur”.

Ağa Salamov bildirib ki, ictimaiyyətdə əsassız qorxu yaradılmamalıdır:
“Heç kim narahat olmasın, düzgün bişirilmiş ət sağlamlıq üçün təhlükə yaratmır”.

Seçilən
31
news365.az

1Mənbələr