AZ

Deputat: "Cəmiyətimiz tolerantlığın daşıyıcısı olaraq dünyada nümunə olaraq göstərilən az sayda xalqlardan biridir"

"Cəmiyətimiz tolerantlığın daşıyıcısı olaraq dünyada nümunə olaraq göstərilən az sayda xalqlardan biridir".

BAKU.WS xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşkil etdiyi "Fərqliliyin Rəngi" festivalında çıxışı zamanı deyib.

O, bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsi var. Burada bərabərlik hüququmuz qeyd edilib. Bərabərlik hüququ irqindən, cinsindən, milli və dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşların bərabərliyini tanıyır.

"Bərabərlik hüququ dövlət tərəfindən təmibat altındadır. Ancaq bu elə bir hüquqdur ki, onu yalnız dövlət təmin edə bilməz. Bu həm də xalqın məsuliyyətidir. Dövlətin tolerant olması siyasət sayılır. Lakin millətin tolerant olması ayrıca bir dəyərdir".

Seçilən
13
far.az

1Mənbələr