AZ

Elektron siqaretin şok zərərləri üzə çıxdı – ARAŞDIRMA

ABŞ-nin Ceorcia Universiteti tərəfindən aparılan yeni bir araşdırma göstərib ki, siqaret, elektron siqaret və ya hər ikisindən istifadə edən şəxslərdə diabet və prediabet inkişaf etdirmə riski əhəmiyyətli dərəcədə artır.

"Cebheinfo.az" xəbər verir ki, araşdırmanın baş müəllifi, elmlər doktoru Sulakshan Neupane bildirib ki, elektron siqaretlər daha təhlükəsiz alternativ kimi təqdim olunur:

“Lakin əldə edilən nəticələr bu cihazların gizli təhlükə daşıdığını və metabolik sağlamlığı pozaraq insulin müqavimətini artıra biləcəyini göstərir”.

Tədqiqat elektron siqaret istifadəsinin yalnız ağciyər sağlamlığına deyil, bütün bədən və metabolizmaya mənfi təsir göstərə biləcəyini ortaya qoyub.

1,2 milyon insandan toplanan məlumatların analizinə əsaslanan araşdırmada yalnız elektron siqaret istifadə edənlərdə prediabet riski 7 % artdığı, həm siqaret, həm də elektron siqaretdən istifadə edənlərdə bu riskin 28 %-ə yüksəldiyi müəyyən edilib. Ənənəvi siqaret çəkənlərdə isə risk 15 % olaraq qeydə alınıb.

Mütəxəssislərə görə, bu artım kiçik görünsə də, mövcud göstəricilər nəzərə alındıqda ABŞ-də hər il əlavə olaraq 7 min prediabet halı ilə nəticələnə bilər.

Araşdırm, həmçinin göstərib ki, qaradərili və Latın mənşəli icmalarda, eləcə də aşağı gəlirli fərdlərdə diabet və prediabet riski daha yüksəkdir. Artıq çəkili və piylənmədən əziyyət çəkən şəxslərdə də riskin artdığı qeyd olunub.

“Kifayət qədər gəliri olmayan insanlar adətən stresslə mübarizə aparmaq üçün siqaret və ya alkoqoldan istifadə edirlər. Bu isə diabet riskini artırır”, - deyə Sulakshan Neupane əlavə edib. 

Araşdırma göstərib ki, müntəzəm idmanla məşğul olan siqaret istifadəçilərində prediabet riski 8% azalır. Mütəxəssislər fiziki aktivliyin diabetin qarşısının alınmasında mühüm qoruyucu təsirə malik olduğunu vurğulayıblar.

“Bu nəticələr siqaret istifadəsini azaltmaq və diabetlə mübarizəni gücləndirmək üçün ictimai səhiyyə siyasəti baxımından böyük əhəmiyyət daşıyır”, - deyə  Sulakshan Neupane qeyd edib.

Seçilən
63
1
cebheinfo.az

2Mənbələr