Rospatent məlumat bazasına görə, Coca-Cola şirkəti Rusiyada "Coca-Cola" və "Sprite" ticarət nişanlarını qeydiyyata almaq üçün müraciət edib. Bu ticarət nişanları sonda 2035-ci ilə qədər qeydiyyata alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Sənədlərdə qeyd edildiyi kimi, şirkətin müraciətləri agentliyə 2025-ci ilin aprel ayında təqdim edilib və noyabr ayında müsbət qərar qəbul edilib.
Rospatent əvvəllər "Coco Chanel" ticarət nişanını qeydiyyata alıb.