AZ

“Müsəlmanam, bununla fəxr edirəm”- Nyu-Yorkun yeni meri Trampa meydan oxudu 

ABŞ-də Nyu-York şəhərində keçirilən seçkilərin rəsmi olmayan nəticələrinə əsasən, Zohran Mamdani şəhərin ilk müsəlman meri olub. O, qələbə nitqində həm rəqiblərinə, həm də Prezident Donald Trampa sərt mesajlar göndərib.

Səslərin 50,4 faizini toplayaraq qalib gələn Mamdani qələbəsini “siyasi bir sülalənin sonu” kimi dəyərləndirib:“Bu gecə siz dəyişiklik üçün səs verdiniz. Yeni bir siyasət dövrünə start verdiniz”.

O, həmçinin vurğulayıb ki, Nyu-York artıq müsəlmanlara qarşı nifrət ritorikası ilə seçki qazanılan bir şəhər olmayacaq.

Mamdani çıxışında Donald Trampa birbaşa müraciət edərək deyib:“Məni dinlə Tramp! Bir despotu qorxutmağın yeganə yolu onun hakimiyyətə gəlməsinə imkan yaradan şəraiti aradan qaldırmaqdır. Bu, təkcə Trampı deyil, növbətisini də dayandırmağın yoludur”.

Zohran Mamdani çıxışının sonunda kimliyinə və siyasi baxışına diqqət çəkib: “Müsəlmanam. Demokrat sosialistəm. Bunlara görə fəxr edirəm”.

Qütd edək ki, 34 yaşlı demokrat Zokhran Mamdani  Nyu-York tarixində ilk müsəlman mer olmaqla yanaşı, son yüz il ərzində ən gənc şəhər rəhbəri olub.

Mamdani seçki kampaniyasını “Nyu-York az gəlirli insanların da yaşaya biləcəyi şəhər olmalıdır” şüarı ilə aparıb. O, kirayə qiymətlərinin dondurulması, pulsuz avtobus marşrutlarının təşkili, bələdiyyə tərəfindən subsidiyalaşdırılan ərzaq marketlərinin açılması və yaşam xərclərinin azaldılması kimi addımlar atacağını vəd edib. Bütün bunları isə varlı təbəqələrə vergi yükünün artırılması hesabına həyata keçirməyi planlaşdırır.

Mamdani ilkin mərhələdə Demokratlar Partiyasının daxili seçkilərində sosial şəbəkələrdən aktiv istifadə edərək partiyanın gənclər qanadını və fəallarını öz tərəfinə çəkib, nəticədə partiya elitasının dəstəklədiyi sabiq Nyu-York qubernatoru Endryu Kuomonu məğlub edib. Kuomo seçkilərdə müstəqil namizəd kimi iştirak etməyə məcbur olub və 40 faizdən bir qədər çox səs toplayıb. Qeyd edilir ki, ABŞ Prezidenti Donald Tramp seçkilərə bir gün qalmış Kuomonun lehinə bəyanat vermişdi.

Seçkilərin digər diqqətəlayiq nəticələrindən biri də Virciniya və Nyu-Cersi ştatlarında Demokrat Partiyasının qadın namizədləri Abigeil Spanberqer və Mikki Şerrilin qubernator seçilməsidir. Siyasi müşahidəçilər bu nəticəni Donald Trampın siyasətinə qarşı narazılığın artması kimi qiymətləndirirlər. Xüsusilə, Virciniyada dövlət strukturlarında çalışan çoxsaylı məmurlar Tramp administrasiyasının kəskin ixtisarları nəticəsində işlərini itirmişdilər, bu da seçkilərin nəticəsinə birbaşa təsir göstərib.

Seçilən
23
moderator.az

1Mənbələr