AZ

Mərkəz müdafiəçisindən möhtəşəm qol: 12 saniyəyə 75 metr...

“Tottenhem”in mərkəz müdafiəçisi Mikki van de Ven bu mövsümün ən möhtəşəm qollarından birinə imza atıb.

Publika.az xəbər verir ki, o, öz cərimə meydançasından rəqibin qapısına 12 saniyə ərzində 75 metrdən çox məsafə qət edərək fərqlənib.

Bu, Çempionlar Liqasının 4-cü turunun “Kopenhagen”lə görüşündə baş verib. Niderlandlı futbolçu hücumu komanda yoldaşının topu ələ keçirməsindən sonra başladıb və qalan hər şeyi özü edib. Van de Ven inanılmaz sürətlə meydanın mərkəzindən keçərək azı dörd rəqibini arxada qoyub, daha sonra isə topu soyuqqanlı şəkildə qapının uzaq küncünə göndərib.

Qeyd edək ki, görüş “Tottenhem”in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
25
publika.az

1Mənbələr