AZ

Bu məbləğ 338 AZN olacaq

Azərbaycanda 2026-2029-cu illər üzrə proqnozlaşdırılan yaşayış minimumu açıqlanıb.

 

Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

 

Nazir müavini qeyd edib ki, 2026-2029-cu illər üzrə proqnozlaşdırılan ölkə üzrə yaşayış minimumunun dəyəri müvafiq olaraq 300, 311, 325 və 338 manat təklif edilir.

Tarix: 5 Noyabr 2025, 13:28   
Seçilən
55
2
pravda.az

3Mənbələr