Venesuela Prezidenti Nikolas Maduro hakim partiyanın ABŞ-ıni təcavüzü halında silahlı münaqişəyə əl atmaq planını təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirib.
"Venesuela Vahid Sosialist Partiyası dərhal onları həyata keçirməyə başlamalı və əməliyyat planları hazırlamalıdır", - Maduro bildirib.
Oktyabrın 31-də The Washington Post qəzeti yazıb ki, Venesuela Prezidenti Nikolas Maduro rusiyalı həmkarı Vladimir Putinə məktub göndərərək, ABŞ ilə münasibətlərin pisləşməsi fonunda kömək istəyib.