AZ

Azərbaycanda vəkil hoteldə öldü

Yevlax rayonunda hotellərin birində ölüm hadisəsi baş verib...

Poliqon qafqazinfo.az-a istinadən xəbər verir ki, noyabrın 4-ü saat 21 radələrində Yevlax şəhəri ərazisində yerləşən "Həmdəm" hotelindəki otaqda orada qalan Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Elkin Zakir oğlu Kərimlinin meyiti tapılıb.

Onun dərman həbləri içərək öldüyü məlum olub.

Qeyd edək ki, 37 yaşlı Elkin Kərimli vəkildir. O, Xətai rayonunda yerləşən "Fortiori" vəkil bürosunun üzvü olub.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
10
22
poliqon.info

10Mənbələr