AZ

Meyvə bağları üzrə 1 milyon manata yaxın sığorta ödənişi həyata keçirilib

Aqrar Sığorta Fondunun meyvə bağlarının sığortası üzrə həyata keçirdiyi ödənişlərin ümumi məbləği 1 milyon manata çatıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, üzüm, gilas, şaftalı-nektarin, badam, alma və alça bağlarına dəyən zərərlər üzrə ümumilikdə 651 min manat sığorta ödənişi həyata keçirilib. Qalan məbləğ isə müxtəlif hadisələrdən zərər çəkən meyvə bağları üzrə ödənilib.

İndiyədək olan hadisələr göstərir ki, meyvə bağlarına ən çox zərər vuran hadisələr fırtına, dolu, şaxtavurma və sel-subasmadır.

Aqrar sığorta üzrə ümumilikdə 41 növ bitki və bitki məhsulu sığortalamaq mümkündür. Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində tanış olmaq olar.

Seçilən
20
9
vergiler.az

10Mənbələr