AZ

Ağ Evdə bir ilk: Tramp Suriya prezidenti Şara ilə görüşəcək

ABŞ prezidenti Tramp bazar ertəsi Ağ Evdə Suriya prezidenti Şaraa ilə görüşəcək.

Turkustan.az xəbər verir ki, bu, Suriya liderinin Ağ Evə ilk səfəri olacaq.

Ağ Evin sözçüsü Karoline Leavitt Tramp və Şaraa arasında baş tutacaq görüşlə bağlı "Mən təsdiq edə bilərəm ki, bu görüş Ağ Evdə bazar ertəsi baş tutacaq. Bu, prezidentin sülhə nail olmaq üçün bütün dünyada hər kəslə görüşmək üçün diplomatik səylərinin bir hissəsidir" dedi.

Prezident Trampın Yaxın Şərq səfəri zamanı Suriyaya qarşı sanksiyaları ləğv edərək “tarixi addım” atdığını qeyd edən Leavitt administrasiyanın bu mövzuda əhəmiyyətli irəliləyiş əldə etdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
6
1
turkustan.az

2Mənbələr