AZ

Türkiyə və Ermənistan arasında reyslər artırılır

“Ermənistan və Türkiyə iki ölkə arasında aviareyslərin sayının artırılması barədə razılığa gəliblər”​. 

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda keçirilən “Orbeli forumu: Sülh və çoxtərəfli əməkdaşlıq quruculuğu” adlı beynəlxalq konfransda çıxış edərkən bildirib. 

“Söhbət, güman ki, İstanbul və Ankaradan İrəvan və Gümrü istiqamətində reyslərin sayının artırılmasından gedir”, - o deyib.

Nazir həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin bərpasına da toxunub: “Azərbaycanla olan vəziyyətə gəlincə, hökumət səviyyəsində əlaqələr mövcuddur. İki ölkənin vətəndaşları arasında qarşılıqlı əlaqələrin qurulması isə zaman tələb edir”.  

"Cebheinfo.az"

Seçilən
32
1
cebheinfo.az

2Mənbələr