AZ

ABŞ BMT-yə Suriyaya qarşı sanksiyaların qaldırılmasını təklif edib

ABŞ BMT Təhlükəsizlik Şurasına Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşməsi planlaşdırılan Suriya prezidenti Əhməd əl-Şaraya qarşı sanksiyaların qaldırılmasını nəzərdə tutan qətnamə layihəsi təklif edib.

Ölkə.az "Reuters" agentliyinə istinadla xəbər verir ki, qətnamə layihəsi həmçinin Suriyanın daxili işlər naziri Ənəs Xəttaba qarşı sanksiyaların qaldırılmasını tələb edir.

Lakin onun nə vaxt səsverməyə çıxarılacağı hələlik məlum deyil.

Qətnamənin qəbul edilməsi üçün ən azı doqquz “lehinə” səs və Rusiya, Çin, ABŞ, Fransa və ya Böyük Britaniya tərəfindən veto qoyulmaması tələb olunur.

Həmidə İbrahimova

Seçilən
27
1
olke.az

2Mənbələr