AZ

Gələn ildən ünvanlı sosial yardım məbləğinin artması gözlənilir – Vüqar Bayramov

Bakı. Trend:

2026-cı ildə ehtiyac meyarının 300 manata çatıdırılması gələnildən sosial yardım məbləğinin artmasına səbəb olacaq.

Trend xəbərverir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov MilliMəclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosialsiyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiəfondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsizamanı deyib.

Deputat bildirib ki, yeni ehtiyac meyarının müəyyənləşdirilməsiünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətingenişləndirilməsi baxımdan vacibdir:

“Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosialyardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardımməbləğinin gələn ildən artmasına səbəb olacaq.

Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailəünvanlı sosial yardıma müraciət edə biləcək. Hazırda 80 min 300aztəminatlı ailənin 353 min 300 üzvü ünvanlı dövlət sosial yardımıalır. Bu isə o deməkdir ki, artımlardan faydalanan ailələrin sayıkifayət qədər çox olacaq”.

Seçilən
40
49
az.trend.az

10Mənbələr