AZ

ABŞ Şaraa ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etdi

BAKI, 5 noyabr. TELEQRAF

ABŞ BMT Təhlükəsizlik Şurasına Ağ Evdə Prezident Donald Trampla görüşü planlaşdırılan Suriya Prezidenti Əhməd Şarayaa qarşı sanksiyaların ləğvini nəzərdə tutan qətnamə layihəsi təqdim edib.

Teleqraf xəbər verir ki, qətnamə layihəsində Suriya daxili işlər naziri Ənəs Xəttaba qarşı sanksiyaların ləğvi də nəzərdə tutulur.

Qətnamənin nə vaxt səsverməyə çıxarılacağı bəlli deyil. Qəbul üçün ən azı doqquz lehinə səs lazımdır və daimi üzvlər - Rusiya, Çin, ABŞ, Fransa və Böyük Britaniya tərəfindən veto qoyulmamalıdır.

Vaşinqton bir neçə aydır BMT Təhlükəsizlik Şurasını Suriyaya qarşı sanksiyaları yumşaltmağa çağırır.

Seçilən
14
2
teleqraf.com

3Mənbələr