AZ

Əkrəm Həsənov: Əgər xalqın maraqları əsasdırsa, qanun layihələri açıq olmalıdır

ain.az, Gununsesi saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisdə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə start verilib. Məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

İclasda maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Taleh Kazımov və digər hökumət üzvləri iştirak ediblər.

Büdcə layihəsi hökumət nümayəndələrinin və deputatların müzakirəsinə təqdim olunub.

Gununsesi.info -ya açıqlama verən iqtisadçı Əkrəm Həsənov məsələyə belə münasibət bildirib:

“Milli Məclisdə 2026-cı ilin büdcəsinin müzakirələri başlayıb. Lakin büdcə paketinə daxil olan qanun layihələri — məsələn, Vergi Məcəlləsinə dəyişikliklər və digər əlaqədar sənədlər — hələ də dərc olunmayıb. Qanuna görə, bu sənədlər oktyabrın 25-dək dərc edilməli idi. Hazırda yalnız 2026-cı ilin büdcəsi haqqında qanun layihəsi açıqlanıb”.

O, qeyd edib ki, bu vəziyyət parlament və hökumətin əhalini prosesdən tam məlumatlandırmadığını göstərir.

“Əgər doğrudan da xalqın maraqları əsas götürülürsə, qanun layihələri gizli saxlanılmamalı, açıq şəkildə təqdim edilməlidir. Şəffaflıq və vaxtında məlumatlandırma vətəndaşların büdcə qərarlarının nəticələrini daha yaxşı anlaması üçün vacibdir”-deyə iqtisadçı əlavə edib.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
icma.az

1Mənbələr