AZ

Almaniyada “Müsəlman İnteraktiv” birliyi qadağan edildi

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Almaniya hakimiyyəti “Müsəlman İnteraktiv” birliyini xilafət qurulmasına çağırışlar etməkdə və konstitusiyaya zidd fəaliyyət göstərməkdə ittiham edərək qadağan edib.

Federal Daxili İşlər Nazirliyinin məlumatına görə, təşkilatın fəaliyyəti dayandırılacaq, aktivləri isə müsadirə olunacaq.

Qadağa ilə bağlı araşdırmalar çərçivəsində “Generation Islam” və “Realitaet Islam” qrupları ilə əlaqədar Hamburq, Berlin və Hessen əyalətində ümumilikdə 19 ünvanda axtarış aparılıb.

Xatırladaq ki, “Müsəlman İnteraktiv” 2020-ci ildə yaradılıb və 2024-cü ilin əvvəlində Hamburqda xilafətin qurulmasına çağırış səsləndirilən, minə yaxın şəxsin iştirak etdiyi aksiya ilə gündəmə gəlmişdi.

Daxili işlər naziri Aleksandr Dobrindt bildirib: “Küçələrdə xilafət üçün aqressiv çağırışlar edən, İsrailə və yəhudilərə qarşı nifrət yayan, qadınların və azlıqların hüquqlarını alçaldan hər kəsə qanunun tam gücü ilə cavab veriləcək.”

Afət

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
icma.az

1Mənbələr