AZ

“Qarabağ”–“Çelsi” oyununa görə DƏYİŞİKLİK

Noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda baş tutacaq "Qarabağ"-"Çelsi" oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.

Milli.Az xəbər verir ki, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq. 

Məhdudiyyətlə əlaqədar 12 müntəzəm marşrut üzrə avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq "Gənclik Mall" qarşısındakı dayanacaqdan təşkil edilib.

Aysel Əkbər
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
41
50
milli.az

10Mənbələr