AZ

2026-cı ildə müdafiə xərcləri 8,7 milyard manatı keçəcək

2026-cı ildə Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 8,7 milyard manat olacaq. Bu, dövlət büdcəsi xərclərinin 20,9%_ə bərabərdir. Bu barədə Milli Məclisdə 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə nazirinin müavini Himalay Məmişov məlumat verib.

Onun sözlərinə görə, ayrılan vəsait ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə, hərbi qulluqçuların sosial müdafiəsinə və hərbi infrastrukturun inkişafına yönəldiləcək.

Məmişov vurğulayıb ki, bu artım Prezident İlham Əliyevin müəyyən etdiyi prioritetlərə — milli təhlükəsizliyin təmininə, Silahlı Qüvvələrin modernləşdirilməsinə və müdafiə sənayesinin inkişafına xidmət edir.

N.Təbrizli

Seçilən
14
anews.az

1Mənbələr