AZ

Yaşa görə pensiya alanlara müjdə

Azərbaycan sosial dövlətdir, daxili siyasətdə sosial məsələlər hər zaman prioritetdir və sosial məsələlər həmişə Prezidentin diqqət mərkəzində olub.
ONN media xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, 2019-cu ildən başlayaraq 5 dərin sosial islahatlar zərfi qəbul edilib:
“Bu paketlər hər il 4 milyon vətəndaşın sosial durumunun yaxşılaşmasına xidmət edir. Ölkəmizin 2025-ci ildə əldə etdiyi iqtisadi uğurlar 2026-cı il büdcəsində sosial xərclərin artımına səbəb olub. DSMF-nin 2026-cı il üçün gəlirləri cari illə müqayisədə 9,3% çoxdur. Gələn il DSMF-nin xərcləri cari illə müqayisədə 10,5% çox olacaq. 2019-cu ildən əmək pensiyasının minimum məbləği ölkə üzrə yaşayış minimumunu üstələyib. Bu meyil gələn il də davam edəcək. Əmək pensiyalarının orta aylıq məbləği 2026-ci ildə 590 manat olacaq. Yaşa görə pensiyanın orta aylıq məbləğinin 629 manata yüksəlməsi proqnozlaşdırılır”.
Seçilən
17
15
onn.az

10Mənbələr