AZ

Dioqo Almeyda: Çoxları bu qədər güclü, potensiallı oyunçulara malik İmişli gözləmirdi

ain.az, sport24.az saytına istinadən bildirir.

"Biz çox səviyyəli oyun nümayiş etdirdik. İlk hissədə yaxşı çıxış etdik, ikinci yarıda isə "Qarabağ" bizdən daha üstün idi. Amma ümumilikdə bu, komandamız üçün çox yaxşı oyun oldu". Bu sözləri Sport24.az-a açıqlamasında "İmişli"nin futbolçusu Dioqo Almeyda deyib.24 yaşlı portuqaliyalı mərkəz hücumçusu komandasının Misli Premyer Liqasının X turunda "Qarabağ"a məğlub olduğu oyunu şərh edib:"Rəsmi olaraq 12 xalımız var, lakin əslində meydanda qazandığımız xallar 15 olmalı idi. Burada "Sumqayıt"la oyunla bağlı qərarı nəzərdə tuturam. Düşünürəm ki, çoxları bu qədər güclü, potensiallı oyunçulara və peşəkar məşqçi heyətinə sahib bir "İmişli" görməyi gözləmirdi. Bununla belə, biz hələ nəticədən tam razı deyilik. Komanda olaraq hər gün daha da inkişaf etməyə və maksimum nəticə əldə etməyə çalışırıq. "Şamaxı" ilə qarşılaşma digər oyunlar kimi, asan keçməyəcək. Bununla belə, biz meydana yalnız qələbə məqsədi ilə çıxırıq və 3 xalı qazanacağımıza inanırıq".Qeyd edək ki, "Qarabağ" "İmişli" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
sport24.az

1Mənbələr