AZ

Tramp Suriya Prezidentinə qoyulan sanksiyaları ləğv edir

Suriya Prezidenti Əhməd Aş-Şaraaya tətbiq olunan sanksiyanı qaldırmaq üçün Donald Tramp BMT Təhlükəsizlik Şurasına qətnamə göndərib. Sənəddə Suriyanın daxili işlər naziri Anass Xattabın da adı çəkilir.

Modern.az Rusiya mediasına əsasən yazır ki, bunun üçün layihənin lehinə 10 səs verilməli və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri – Rusiya, Çin, ABŞ, Fransa və Böyük Britaniya tərəfindən veto qoyulmamalıdır.

ABŞ Konqresi isə ölkədə radikal qüvvələrin artmasından ehtiyatlı olduğu üçün sənədin qəbulunda maraqlı deyil.

Suriya Prezidenti 2019-cu ildən etibarən sanksiyaya məruz qalıb.

 

Cavid Zahidoğlu

Seçilən
15
modern.az

1Mənbələr