AZ

Rusiyanın enerji infrastrukturuna hücum olub

Rusiyanın

Ukrayna pilotsuz uçuş aparatları (PUA) bir gecədə Vladimir bölgəsində və Oryol şəhərində Rusiyanın enerji infrastrukturu obyektlərinə hücum edib.

Reyting.az
xəbər verir ki, Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyev şəhər ətrafındakı enerji obyektinə PUA hücumunu təsdiqləyib.

Vladimirskaya yarımstansiyasının Rusiyadakı ən güclülərindən biri və enerji sistemi üçün böyük strateji və texniki əhəmiyyətə malik olması diqqət çəkir.

Bundan əlavə, Oryol şəhərindəki birləşdirilmiş istilik elektrik stansiyasının (İES) ərazisində partlayışlar baş verib. Rusiya mediası yerli İES ərazisində bir sıra güclü partlayışlar barədə məlumat verib.

Oryolu vilayətinin qubernatoru bildirib ki, hava hücumundan müdafiə qüvvələri Ukraynanın PUA-larını məhv edib və dağıntılar bir neçə şəxsi evə zərər vurub.

Qeyd edək ki, dünən gecə PUA-lar Rusiyanın bir neçə bölgəsinə hücum edib. Bir neçə müəssisədə yanğınlar qeydə alınıb. Hücuma məruz qalan obyektlər arasında Başqırdıstan Respublikasındakı neft-kimya zavodu da var.

Eyni zamanda, Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo şəhərində də partlayışlar baş verib və nəticədə Lukoil-Nijeqorodnefteorgsintez neft emalı və neft-kimya zavodu yaxınlığındakı sənaye zonasında yanğın olub.

V. QULİYEV
Seçilən
39
1
reyting.az

2Mənbələr