AZ

Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib

Noyabrın 4-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər Günü”nün 5-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki,  aksiyada əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək bildirib ki, qazanılan bu tarixi Zəfər Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, xalqımızın birliyi, eləcə də şəhidlərimizin və qazilərimizin göstərdiyi böyük qəhrəmanlıq və əzmin nəticəsidir. İcra Hakimiyyətinin başçısı qeyd edib ki, aksiya həm tarixi Zəfərimizə, həm də şəhidlərimizin ruhuna olan dərin ehtiramın rəmzidir. 
Qeyd edək ki, Naxçıvan şəhər dairəvi yolunun 3-cü kilometrliyində yerləşən ərazidə keçirilən aksiya zamanı müxtəlif növ 350-dən artıq ting əkilib və ərazidə müasir damcılı suvarma sistemi qurulub.
Aksiyada Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, icra hakimiyyətinin əməkdaşları, tabeli idarə və təşkilatların rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Seçilən
6
ikisahil.az

1Mənbələr