AZ

Buxarestdə Zəfər Günü münasibətilə rəsmi ziyafət

Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə Buxarestdə rəsmi qəbul keçirilib.

Səfir Qüdsi Osmanov Zəfər Gününün Azərbaycan xalqının milli qürur və iftixar tarixi olduğunu vurğulayıb. O bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edib, ölkənin ərazi bütövlüyünü təmin edib.

Rumıniya Baş nazirinin müavini Marian Neakşu Azərbaycan xalqına Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. O bildirib ki, Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslanır.

Daha sonra Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan çıxış edərək Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib. O qeyd edib ki, Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Qələbə Türk dünyasının birliyini və qardaşlığını daha da möhkəmləndirib.

Azərbaycan xalqını bu tarixi gün münasibətilə təbrik edən Rumıniya müsəlman icmasının müftisi Yusuf Murat Zəfər Gününün təkcə ölkəmizin deyil, bütün müsəlman dünyasının qürur günü olduğunu bildirib.

Ziyafət bədii proqramla davam edib.

Seçilən
7
4
xalqqazeti.az

10Mənbələr