AZ

ABŞ Belarusla bağlı bəzi sanksiyaları yumşaltdı “Belavia” və Lukaşenkonun ailəsinə məxsus təyyarə siyahıdan çıxarıldı

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Maliyyə Nazirliyi Belarusun dövlət aviaşirkəti “Belavia”nı və Aleksandr Lukaşenkonun ailə üzvləri və yüksək vəzifəli rəsmilərin istifadəsində olan “Bombardier Challenger 850” tipli biznes təyyarəsini sanksiya siyahısından çıxarıb.

Söhbət 2021-ci ilin dekabrında Minskə qarşı tətbiq edilmiş sanksiyalardan gedir. “Zerkalo” nəşrinin məlumatına görə, Vaşinqtonun bu addımı Belarus hakimiyyəti tərəfindən siyasi məhbusların azad olunmasına cavab kimi qiymətləndirilir. Hələ sentyabrda ABŞ Prezidentinin nümayəndəsi Con Koul Lukaşenkoya bildirmişdi ki, Vaşinqton sanksiyaları yenidən nəzərdən keçirməyə hazırdır, əgər rejim siyasi məhbusları azad edərsə.

Maliyyə Nazirliyi həmçinin Lukaşenko və ya “Slavkaliy” şirkəti ilə əlaqəli üç təyyarə ilə maliyyə əməliyyatlarının aparılmasına müvəqqəti lisenziya verib. Bu icazə texniki xidmət, uçuşlar və kommersiya əməliyyatlarını əhatə edir. Bununla belə, ABŞ-nin Minskə qarşı əsas siyasi və aviasiya məhdudiyyətləri qüvvədə qalır.

Qeyd edək ki, ABŞ Belarus Respublikasına qarşı sektoral sanksiyaları 2021-ci ilin avqustunda – 2020-ci il prezident seçkilərindən və “Ryanair” təyyarəsinin Minskdə məcburi endirilməsindən sonra tətbiq etmişdi. Həmin hadisədə təyyarədə müxalif “Nexta” kanalının həmtəsisçisi Roman Protaseviç saxlanılmışdı.

Sanksiyalar çərçivəsində “Belavia” ilə yanaşı, “Slavkaliy” kalium şirkəti də məhdudiyyətlərə məruz qalmışdı. Lukaşenko isə 2006-cı ildən ABŞ sanksiyaları altındadır. “Belavia”ya qarşı məhdudiyyətlər 2023-cü ildə qüvvəyə minmiş, lakin 2025-ci ilin sentyabrında ləğv edilmişdi. Bu qərar aviaşirkətə “Boeing” təyyarələrinin ehtiyat hissələrini almaq və texniki xidmət göstərmək imkanını bərpa edib.

Polşanın “Rzeczpospolita” qəzetinin məlumatına görə, sanksiyaların yumşaldılması Lukaşenko tərəfindən siyasi məhbusların azad olunması üçün əsas şərtlərdən biri kimi irəli sürülmüşdü. Minsk tərəfi, xüsusilə, “Belavia” və “Belaruskalı”ya tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını prioritet sayırdı.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
azpolitika.info

1Mənbələr