Olaylar.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
Çıxış zamanı Mamdani öz siyasi və dini kimliyini vurğulayaraq bununla bağlı tənqidlərə cavab verib.
O bildirib:
"Mən müsəlmanam, demokratik sosialistəm və buna görə üzr istəmirəm. Nyu-York immiqrantların şəhəri olaraq qalacaq".
Mamdani həmçinin şəhərdə islamofobiya və nifrət əsasında qurulan siyasi ritorikanın qəbul olunmayacağını vurğulayıb.
"Nyu-York daha artıq islamofobiya ilə seçki qazanılan şəhər olmayacaq. Siyasət artıq bizim üzərimizdə edilən yox, bizim etdiyimiz proses olacaq," - deyə o ifadə edib. (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31