Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.
Lökbatan qəsəbəsi – "28 May" metrostansiyası istiqamətində hərəkət edən "BakuBus"a məxsus 125 saylı marşrut avtobusunda xoşagəlməz hal yaşanıb.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, yağışlı hava şəraiti zamanı avtobusun tavanından su damıb.
Hadisə zamanı avtobus hərəkətdə olub və bir neçə sərnişin oturacaqların islanmasından narazılıq edib.
Sızma avtobusun orta qapıya yaxın hissəsində daha çox hiss olunub.
Посмотреть эту публикацию в Instagram
Публикация от @baku.ws_official
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.