AZ

Azərbaycanda yeni peşələr yaradılır KONKRET

ain.az, Konkret.az saytına istinadən bildirir.

Peşə standartlarının hazırlanması maddəsi üzrə 2026-cı ildə 1,0 milyon manat vəsait nəzərdə tutulub.

KONKRET.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə iclasında müzakirə olunan “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, 2026-cı il üçün planlaşdırılmış işlər çərçivəsində 100 yeni peşə və kvalifikasiya standartının hazırlanması və 135 mövcud standartın yenilənməsi nəzərdə tutulur.

Bu, həm də təhsil sistemində kurikulumların peşə standartlarına uyğun şəkildə tərtib olunmasını təmin edərək əmək bazarında bilik və bacarıqların aktual saxlanmasına imkan yaradacaqdır. Qeyd etmək lazımdır ki, cari ildə artıq 1300-dən çox peşə və kvalifikasiya standartı Nazirliyin “e-sosial” internet portalının “Peşə və kvalifikasiya standartlarının reyestri”ndə yerləşdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
5
konkret.az

6Mənbələr