AZ

Konstitusiya millətin hüquqi kimliyinin PASPORTUDUR  - STM SƏDRİ 

Ajans.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən "XXI Əsrdə Dövlət Suverenliyi və Milli Konstitusiyalar: Qlobal Çağırışlar, Tendensiya və Perspektivlər" adlı beynəlxalq elmi-praktik konfransda açılış nitqində deyib. 
O, İlham Əliyevin prezident seçilməsinin məchulluq istəyənlər layiqli cavab olduğunu bildirib:
"2003-cü ildə İlham Əliyevin prezident seçilməsi bir vaxtlar Ceferson Amerikasında olduğu kimi konstitusion keçid, Ulu Öndərdən sonra məchulluq istəyənlərə millətimizin layiqli cavabı və gələcək Zəfərimizin əsası oldu. Beləliklə, nə 2005-ci ilin məxməri inqilabı, nə də sonrakı  dövrdə xarici siyasi müdaxilə və təzyiqlər, milli iradəni Brüssel, Strasburq, Moskva  və digər paytaxtlardan yönləndirmək cəhdləri fayda vermədi. Müqayisə üçün, qədim dövlətçilik ənənələri ilə öyünən Britaniya qeyri-yazılı Konstitusiyaya malikdir, yəni, hər hansı fundamental dəyişikliklər üçün xüsusi prosedurlar tələb olunmur".


Konstitusiya millətin ideallarının və hüquqi kimliyinin pasportudur deyə STM sədri vurğulayıb: " Bəşəriyyətə çoxlu inqilablar bəxş edən Fransada isə xalq 24 dəfə milli Konstitusiyasını dəyişərək, nəhayət, 5-ci respublikanı qurub. 
Göründüyü kimi, Konstitusiya yalnız qanunlar toplusu deyil, bir millətin ideallarının və hüquqi kimliyinin pasportudur!"
Məğlubiyyət dövründə konstitusiyamız kağız üzərində idi:
"Məğlubiyyət dövründə Konstitusiyamızda ərazi bütövlüyü kağız üzərində mövcud idi. Ana qanunda “ərazilər toxunulmazdır”, yazılsa da reallıqda 20 faiz torpaqlarımız oğurlanmışdı. De-yure onlar vardı, de-fakto mövcud deyildi. Konstitusiyamız pozulan milli huquqlarımızın simvoluydu. Hamı deyirdi- bunlar bir gün tam reallaşacaq!
O zaman Konstitusiyamızda yazılan “Azərbaycan Respublikası unitar dövlətdir” əvəzinə, torpaqlarımızın üstündə ikinci separatçı quruluş, ikinci konstitusiya  və ikinci saxta prezident təsisatı mövcud idi. Belə dualizm düz 30 il  davam etdi.
Beləliklə, Ana qanunumuzdan müharibə haqqımız doğuldu. İndi Konstitusiyamızda yazılan “Azərbaycan vahid və bölünməz dövlətdir” müddəası sənəddə yox, torpaqda qanla möhürlənib. Zəfər qanunu şəhidlərimiz təsdiqlədi. Biz savaşa müasir hərbi texnologiyalardan qabaq, hüquqla silahlanmışdıq. Ordumuz güclü idi, lakin haqlı olduğumuz üçün qalib gəldik".

Seçilən
39
Ajans.az

1Mənbələr