AZ

Azərbaycan kommunistləri fəallaşıb - Foto

Azərbaycan

Azərbaycan Kommunist Hərəkatı İdarə Heyətinin yığıncağı keçirilib.

Reyting.az
-ın xəbərinə görə, yığıncaqda Azərbaycan Kommunist Hərəkatı İdarə Heyətinin sədri Telman Nurullayev Hərəkat daxilində və cəmiyyətdə siyasi, ideoloji-təşkilati işlər barədə ətraflı məlumat verib.

Qeyd edib ki, məqsəd kommunist ideologiyasını möhkəmləndirmək və gələcək sosialist cəmiyyətin idarə olunmasında kommunistlərin rəhbər rolunu təmin etməkdir.



Telman Nurullayevin fikrincə, kommunistlərin nizam-intizamı və ideoloji birliyi ciddi nəzarətdə saxlanılmalıdır. Kommunist ideologiyası məktəblərin, partiya kursların və təlimlərin bərpasına ciddi ehtiyac var.

Azərbaycan Kommunist Hərəkatı Lənkəran rayonu üzrə əlaqələndiricisi Rza Cəfərov bildirib ki, kommunist ideyalarının yayılması, əhali arasında siyasi maarifləndirmə işinin aparılması əsas vəzifələrimizdən biridir.

Bildirilib ki, son vaxtlar Lənkəranda ideoloji təsir vasitələri gücləndirilib. Yerli kommunistlərin sosial şəbəkələrdəki aktivliyi xüsusilə qeyd olunmalıdır.

Yığıncaqda kommunistlərin sırasına yeni üzvlər qəbul edilib.

Marksizm-leninizmin fəal təbliğatçılarından olan Kərim Kərimov, Saleh Xanməmmədov və Ayaz İmambaxışova kommunist biletləri təqdim olunub.

V. QULİYEV
Seçilən
29
reyting.az

1Mənbələr