AZ

Mirzoyan: Moskva və Tehran TRIPP layihəsinə narahatlığını bildirməyib

Moskva və Tehran TRIPP layihəsi çərçivəsində ABŞ-nin regionda mövcudluğundan narahatlığını ifadə etməyiblər.

"Yeni Sabah.az armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Nazir xatırladıb ki, Ermənistanda Amerikanın iştirak etdiyi şirkətlər, habelə xarici kapitallı bir çox digər şirkətlər (Argentina, Çin və s.)  fəaliyyət göstərir. Toyuqlu pizza

Mirzoyan layihənin mühüm siyasi diqqəti cəlb etməsi fikri ilə razılaşıb:

"Bu, siyasi əhəmiyyətə malikdir və sülhün təminatçılarından və alətlərindən biridir.

O əlavə edib ki, hazırda Amerika tərəfi ilə danışıqlar aparılır: 

"Məncə, bu, gündəlik idarəetməni quracaq və idarə edəcək erməni-amerikan şirkəti olmalıdır. Bu, Amerikanın infrastruktur üzərində nəzarəti demək deyil. Suverenlik və səlahiyyətlə bağlı bütün məsələlər həll olunub, imzalanmış və dərc olunmuş sənədlərdə öz əksini tapıb. Bu, sadəcə idarəçilik məsələsidir".

Mirzoyan vurğulayıb ki, İran və Rusiya layihəyə maraq göstərir, xüsusən də Rusiya Ermənistanda "Cənubi Qafqaz Dəmir Yolu"nun operatoru olduğu üçün.

Eyni zamanda, nazir layihənin hazırkı adı olan TRIPP-dən istifadə olunmasını xahiş edib.


Telegram kanalımız
Seçilən
32
yenisabah.az

1Mənbələr