AZ

2008-ci il böhranını əvvəlcədən proqnozlaşdıran “kahin”dən ehtiyatlı mövqe - BİRJALARDA ÇOKÜŞ GÖZLƏYİR

2008-ci il böhranını öncədən proqnozlaşdıran investor Michael Burry, Nvidia və Palantir-ə qarşı ehtiyatlı mövqe tutur.

Marja.az xəbər verir ki, Michael Burry-nin investisiya şirkəti Scion Asset Management, ABŞ-ın çip istehsalçısı Nvidia və texnologiya şirkəti Palantir səhmləri üzrə enmə (ucuzlaşma) istiqamətli (short) mövqe tutduğunu açıqlayıb.

Bazar ertəsi dərc olunan 13F hesabatına görə, Burry bu şirkətlərin səhmlərinin qiymətinin düşməsindən gəlir əldə etməyə imkan verən put opsionları alıb. O, həmçinin Halliburton Co. və Pfizer Inc. şirkətlərində call opsionlarına (artım yönlü mövqe) sahib olduğunu bildirib.

İllik gəlir proqnozunu artıran Palantirin səhmləri, analitiklərin səhmlərin “çox sürətlə yüksəldiyini” bildirməsindən sonra ticarət öncəsi əməliyyatlarda 8,1%-ə qədər ucuzlaşıb. Nvidia səhmləri isə təxminən 2,6% dəyər itirib.

OpenAI, Nvidia və digər süni intellekt yönümlü şirkətlərin imzaladığı çoxsaylı müqavilələr, süni intellekt “partlayışının” süni şəkildə şişirdildiyi ilə bağlı narahatlıqları artırıb. Nəticədə investorların ehtiyatlı davranışı son aylarda daha da güclənib.

Michael Burry Nvidia Palantir Scion Asset Management süni intellekt AI şirkətləri put opsionları call opsionları ABŞ səhm bazarı investor strategiyası maliyyə bazarları texnoloji səhmlər OpenAI Halliburton Pfizer Nvidia səhmləri Palantir səhmləri səhm qiymətləri 2008 maliyyə böhranı bazar korreksiyası investor narahatlığı
Seçilən
62
1
marja.az

2Mənbələr