AZ

Peru mətbuatı Qarabağdan yazır: Beş il sonra qələbə, dağıntılar və ümid arasında

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 5 noyabr, AZƏRTAC

Perunun “La Razón”, “Prensa21” və “FPP” media qurumlarında Azərbaycanın Zəfər Gününün 5-ci ildönümü ilə bağlı məqalələr dərc olunub.

Ölkəmizin Perudakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, məqalələrin müəllifi Rikardo Sançes Serra 2020-ci il noyabrın 8-nin Azərbaycan üçün dönüş nöqtəsi olduğunu vurğulayaraq, bu Qələbənin yalnız hərbi deyil, həm də milli və mədəni dirçəlişin simvolu kimi qeyd edildiyini bildirib. Qeyd olunub ki, 44 günlük müharibə nəticəsində Azərbaycan öz torpaqlarını geri qaytarıb və bununla da onilliklər boyu davam edən erməni işğalına son qoyulub.

Müəllif müharibədən sonra Qarabağa səfəri zamanı şahidi olduğu dağıntılardan bəhs edir və bunu “mədəni soyqırımı” kimi səciyyələndirir.

Diqqətə çatdırılır ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpasını milli prioritet elan edib və Azərbaycan hökuməti regionun yenidən qurulması, həmçinin keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı üçün milyardlarla dollar dəyərində layihələr həyata keçirir. Lakin mina təhlükəsi bu prosesi ləngidir.

Yazıda, həmçinin Prezident İlham Əliyevin “Qarabağ Azərbaycan torpağıdır və bunu bütün dünya qəbul edir” fikri sitat gətirilərək, Azərbaycanın suverenliyinin bərpası böyük siyasi və mənəvi qələbə kimi təqdim olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
5
azertag.az

6Mənbələr