AZ

Komitə sədri: Yaşa görə pensiya orta aylıq məbləği 629 manata yüksəlməsi proqnozlaşdırılır

Azərbaycan sosial dövlətdir, daxili siyasətdə social məsələlər hər zaman prioritetdir və social məsələlər həmişə Prezidentin diqqət mərkəzində olub.

APA xəbər verir ki, bunu sı Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Komitə sədri bildirib ki, 2019-cu ildən başlayaraq, 5 dərin sosial islahatlar zərfi qəbul edilib: “bu paketlər hər il 4 milyon vətəndaşın sosial durumunun yaxşılaşmasına xidmət edir. Ölkəmizin 2025-ci ildə əldə etdiyi iqtisadi uğurlar 2026-cı il büdcəsində sosial xərclərin artımına səbəb olub. DSMF-nin 2026-cı il üçün gəlirləri cari illə müqayisədə 9,3% çoxdur. Gələn il DSMF xərcləri cari illə müqayisədə 10,5 % çox olacaq. 2019-cu ildən əmək pensiyasının minimum məbləği ölkə üzrə yaşayış minimumunu üstələyib. Bu meyil gələn il də davam edəcək. Əmək pensiyalarının orta ayıq məbləği 2026-cı 590 manat olacaq. Yaşa görə pensiya orta aylıq məbləği 629 manata yüksəlməsi proqnozlaşdırılır.

Seçilən
16
15
apa.az

10Mənbələr