AZ

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 4-də Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının üzvləri Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Fəxri xiyabana gələn qonaqlar müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad olunub, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın da əziz xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə tər güllər düzülüb. Həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Səfər çərçivəsində “Türk şəhidliyi” abidəsi də ziyarət edilib. Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizədə şəhid olan və Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini simvolizə edən türk əsgərlərinin xatirəsi dərin ehtiramla yad olunub, abidənin önünə əklil və gül dəstələri düzülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
4
azertag.az

6Mənbələr