AZ

Öz biznesini qurmaq istəyənlərə ayrılacaq maliyyə dəstəyinin həcmi açıqlandı

Bakı. Trend:

Əhalinin özünüməşğulluğunun təmin olunması üçün 2026-cı ildə də77,0 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisinİqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasətkomitələrin bugünkü birgə iclasında müzakirə olunan “İşsizlikdənsığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində özəksini tapıb.

Bildirilib ki, bu vəsait hesabına 2026-cı il üzrə təsdiq edilmişkvotaya uyğun peşəkar təlimlərin təşkili və həmin kvotaya uyğunəmlak paylanmasının həyata keçirilməsi nəzərdə tutulub.Özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi vəişsiz vətəndaşların iqtisadiyyatın müxtəlif sahələrində fəaliştirakının təmin olunması məqsədilə, həmin şəxslərə lazımiməsləhətlərin verilməsi və zəruri xidmətlərin göstərilməsiistiqamətində Azərbaycan Respublikasının Kənd TəsərrüfatıNazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi(AQTA), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinintabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) vəAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlıqdavam etdirilir. Bu əməkdaşlıq proqramın məqsədlərinə nailolunmasında və iştirakçıların davamlı məşğulluğunun təminedilməsində mühüm rol oynayır.

Xüsusilə, özünüməşğulluq tədbirlərindən faydalanan şəxslərintəsərrüfatlarının davamlı inkişafı üçün “Baytarlıq xidməti vənəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği” barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 178 saylı Qərarınauyğun olaraq Azərbaycan Respublikasının Qida TəhlükəsizliyiAgentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuilə müqavilə imzalanıb. Bu müqavilə çərçivəsində heyvanlaragöstərilən baytarlıq xidmətləri təmin edilərək onlarınsağlamlığının qorunması hədəflənib.

Bundan əlavə, proqramın əhatə dairəsinin genişləndirilməsi,həssas qrupların məşğulluq imkanlarının artırılması və məşğulluqxidmətlərinin daha da gücləndirilməsi məqsədilə sosial cəhətdənhəssas kateqoriyadan olan şəxslərin özünüməşğulluğunun təminedilməsi məqsədilə bir neçə istiqamətdə əlavə layihənin icraedilməsi də nəzərdə tutulub.

Məqalədə:
Seçilən
49
1
az.trend.az

2Mənbələr