AZ

İşsizlikdən sığorta fondunun xərcləri 2% dən çox artacaq

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

2026-cı il üzrə işsizlikdən sığorta fondunun xərcləri 266,4 milyon manat ( 2025-ci illə müqayisədə 2.2% və ya 5.7 milyon manat çox) proqnozlaşdırılır.

“APA-Economics” xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Məlumata görə, xərclərin 238.3 milyon manatı (2025-ci illə müqayisədə 15.5% çox) işsizlikdən sığorta fondunun növbəti il üzrə gəlirləri, 28.1 milyon manatı isə Fondun yaradılmış ehtiyatından qarşılanacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
5
apa.az

6Mənbələr