AZ

UEFA Çempionlar Liqası: “Qarabağ” – “Çelsi”

Bu gün Azərbaycanın "Qarabağ" komandası Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda oyun keçirəcək.

Oxuməni.az-ın məlumatına görə, Azərbaycan çempionu hazırkı FIFA Klublararası Dünya Kuboku çempionu "Çelsi"ni qəbul edəcək. Oyun Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.

Matçın baş hakimi avstriyalı Sebastian Gishamer təyin edilib.

" Qarabağ " növbəti oyununu 26 noyabrda səfərdə İtaliya "Napoli"sinə qarşı keçirəcək.

"Qarabağ" əvvəllər Çempionlar Liqasının əsas mərhələsində Portuqaliya "Benfika"sına (3-2), Danimarka "Kopenhagen"inə (2-0) və İspaniyanın "Atletik Bilbao" komandasına (1-3) qarşı oynayıb. Hazırda Ağdam təmsilçisi ümumi hesabda altı xalla 15-ci yerdədir. Həmçinin altı xalla "Çelsi" 13-cü yerdədir.

Almaz Həsənli

Seçilən
5
oxumeni.az

1Mənbələr