AZ

Tramp hökumətin bağlanmasını respublikaçıların məğlubiyyəti ilə əlaqələndirib

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ prezidenti Donald Tramp hesab edir ki, federal hökumətin fəaliyyətinin qismən dayandırılması (“şatdaun”) respublikaçıların bir sıra Amerika ştatlarında keçirilən seçkilərdə uğursuzluğa düçar olmasının əsas səbəblərindən biridir.

Bizimyol.info xəbər verir ki, o, bu fikrini "Truth Social" sosial platformasında bildirib.

Trampın sözlərinə görə, sorğuların nəticələri göstərir ki, “bu gün axşam respublikaçıların məğlubiyyətinin iki əsas səbəbi – Trampın namizəd olmaması və hökumətin bağlanmasıdır”. O, bu nəticələri göstərən konkret hansı sorğulara istinad etdiyini dəqiqləşdirməyib.

Müxalif Demokrat Partiyasının namizədləri daha əvvəl Virciniya və Nyu-Cersi ştatlarında qubernator seçkilərində, həmçinin Nyu-York şəhərində mer seçkilərində qələbə qazanıb və ya inamla liderlik ediblər.

Federal hökumətin fəaliyyətinin qismən dayandırılması 1 oktyabr gecə yarısından etibarən maliyyələşmənin olmaması səbəbindən baş verib. Respublikaçılar və demokratlar Konqresdə bir sıra xərclər, o cümlədən səhiyyə sahəsi üzrə büdcə maddələri barədə razılığa gələ bilməyiblər. Hələ də ortaq qərar əldə olunmayıb. Hər iki tərəf – həm demokratlar, həm də respublikaçılar – bir-birini “şatdaun”u siyasi məqsədlərlə uzatmaqda ittiham edirlər.

Hazırkı hökumət dayanması artıq ABŞ tarixində ən uzunmüddətli “şatdaun” hesab olunur. O, 2018–2019-cu illərdə, Trampın birinci prezidentlik dövründə (2017–2021) qeydə alınmış əvvəlki rekordu yeniləyib. Həmin vaxt 22 dekabr 2018-ci ildə başlayan “şatdaun” 35 gün davam etmiş və yalnız 25 yanvar 2019-cu ildə başa çatmışdı.

ABŞ Konqresinin Büdcə İdarəsinin oktyabr hesabatında qeyd olunub ki, “şatdaun” nəticəsində təxminən 650 min federal qulluqçu məzuniyyətə göndərilib, daha 600 min dövlət məmuru isə – milli təhlükəsizlik, xarici siyasət və “vətəndaşların həyat və əmlakının qorunması” sahələrində çalışan şəxslər – maaş almadan işləməyə məcbur qalıblar. Hökumət böhranı səbəbindən ABŞ iqtisadiyyatına milyardlarla dollar zərər dəydiyi bildirilir.

Qadir, Biimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
50
icma.az

10Mənbələr