AZ

"Bavariya"dan TOP-5 liqa klublarının rekordu

style='margin-bottom:10px;'>

"Bavariya" ötən gecə Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda PSJ-ni 2:1 hesabı ilə məğlub edib.

QOL.az xəbər verir ki, bu, Münhen təmsilçisinin 2025/2026 mövsümünün başlanğıcından bəri bütün turnirlərdə 16-cı qalibiyyəti olub.

"Transfermarkt"ın yaydığı məlumata görə, "Bavariya" TOP-5 liqaların təmsilçiləri arasında rekoda imza atıb. Almaniya klubu TOP-5 liqa komandaları arasında ən uzun qələbə seriyasına malik olub.

2-ci yerdə 1992/93 mövsümünün startında 13 qələbə qazanan "Milan"dır. "3-lüy"ü isə PSJ tamamlayır (2018/19 mövsümü, 12 qalibiyyət).

Qeyd edək ki, "Bavariya" həmin 16 matçda ümumilikdə 57 qol vurub, 11 qol buraxıb.

Seçilən
56
1
teleqraf.com

2Mənbələr