Bakı şəhəri, Xətai rayonu Zığ-Beton yolunun kəsişməsində evakuatorun aşması nəticəsində yola yağ və yanacaq dağılıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Məlumata görə, yanğınsöndürənlər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində avtomobilin aşması nəticəsində ətrafa dağılmış yağ və yanacaq yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb.
*** 08:42
Xətai rayonu, Zığ şosesi ilə İnqilab Hüseynov küçəsinin kəsişməsində texniki nasaz yük avtomobili yolda qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığı aradan qaldırmaq üçün qaldırıcı kranlar əraziyə cəlb edilib.
Hazırda polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.